Valyuta məzənnəsi

"ƏDV geri al" layihəsi ilə bağlı dəyişiklik ediləcək

Tarix:15-12-2021, 20:09

"ƏDV geri al" layihəsi ilə bağlı dəyişiklik ediləcək

Gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə YeniAN.az bildirir ki, belə ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək.

Bu məqsədlə tibb müəssisələrində məcburi olaraq onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Eyni zamanda növbəti ildən alkoqollu içkilərin və tütün məmulatların, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq.

YeniAN.az

Oxunub: 140



XƏBƏR LENTİ