Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7% çoxdur.
Dövlət Statistika Komitəsindən "YeniAN.az''-a verilən məlumata görə, qaz nəqlinin 47,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə "Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 5 511,4 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 %-lik artım).