Valyuta məzənnəsi

FAO: Hər il dünyada kənd təsərrüfatı istehsalının 20-40 faizi zərərvericilərin mənfi təsirinə məruz qalır

Tarix:5-04-2019, 12:07

FAO: Hər il dünyada kənd təsərrüfatı istehsalının 20-40 faizi zərərvericilərin mənfi təsirinə məruz qalırFitosanitar Tədbirlər üzrə Komissiya (FTK) zərərli orqanizmlərin yayılmasının qarşısının alınması istiqamətində yeni beynəlxalq standartlar qəbul edib.

AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytına istinadla xəbər verir ki, Fitosanitar Tədbirlər üzrə Komissiyanın illik iclasında standartlar təsdiqlənib. Buraya “Xylella fastidiosa” və Şərq meyvə milçəyi kimi yüksəkinvazivli zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üzrə protokol daxildir.

FTK bütün dünya hökumətləri tərəfindən tanınan fitosanitar standartların müəyyən edilməsinə və icrasına məsul olan bitki karantini və mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın və Dünya Ticarət Təşkilatının təhlükəsiz ticarət və bitkilərin sağlamlığının mühafizəsinə yardım üzrə sanitar və fitosanitar Sazişinin rəhbər orqanıdır.

FAO-nun dəyərləndirməsinə görə, zərərvericilər tərəfindən hər il dünya üzrə kənd təsərrüfatı istehsalı həcminin 20 faizdən 40 faizinədək olan hissəsinə ziyan dəyir. Hər il bitki xəstəlikləri səbəbindən dünya iqtisadiyyatına 220 milyard dollara yaxın, invazivli həşəratlar ucbatından isə 70 milyard dollar məbləğində ziyan dəyir.

Diaqnostika protokolunda altı zərərvericinin, o cümlədən “Xylella fastidiosa” və Şərq meyvə milçəyinin (Bactrocera dorsalis) rəsmi diaqnostikası üçün prosedurlar və üsullar izah edilir. Düzgün diaqnozun qoyulması zərərvericilərlə mübarizədə operativ işlərin sürətləndirilməsi üçün zəruridir.

“Xylella fastidiosa” mədəni bitkilərin iqtisadi baxımdan mühüm olan zeytun, sitrus və ya gavalı ağaclarını, üzüm tənəklərini zədələyən təhlükəli bakteriyadır. 2015-ci ildən bəri Amerikadan Avropa və Asiyaya sürətlə yayılmaqdadır.

“Xylella fastidiosa” bitkinin tərkibinə daxil olan andan orada qalaraq bütün suyunu özünə çəkir, nəticədə bitki ya tələf olur, ya da barını yetişdirmək üçün çox zəifləyir.

Təkcə Kaliforniyada “Xylella fastidiosa” şərab itkisi formasında ildə 104 milyon dollar ziyan vurur. İtaliyada bu bakteriya zeytun meşələrinin 180 min hektar sahəsinin – xeyli sayda çoxillik ağacların azalmasına gətirib çıxarıb. Bu, təkcə İtaliya deyil, həm də bütün Aralıq dənizi ölkələrinin iqtisadiyyatı üçün təhlükədir.

Şərq meyvə milçəyi (Bactrocera dorsalis) avokado, banan, quava və manqo kimi meyvə ağaclarına ən azı 65 ölkədə zərər vurur. Təkcə Afrikada Şərq məhsul milçəyinin yoluxmaları ildə 2 milyard dollaradək itkiyə gətirib çıxarır.

Oxunub: 233



XƏBƏR LENTİ