Valyuta məzənnəsi

“İradəni mən məşhur etmişəm, indi bacısı əleyhimə yazır”

Tarix:3-05-2019, 13:18

“İradəni mən məşhur etmişəm, indi bacısı əleyhimə yazır”Son günlər ailə qalmaqalı ilə gündəmə gələn prodüser Anar Mədətov sosial şəbəkədə onu tənqid edən tanınmış şəxslərə münasibətini bildirib.

Obyektivxeber.info-ın məlumatına görə, A.Mədətov xüsusilə müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimovadan danışıb. O bildirib ki, N.İbrahimova hər yerdə onun haqda mənfi rəylər yazır:

“Halbuki, bacısını Anar Mədətov məşhur edib. Yoldaşına yığdım ki, niyə belə edir… Nigar aparıcılara zəng edir, deyir, Anarı efirdə biabır et. Sənin özünün problemlərin var, toyunu yadına sal. Anar sizə nə edib?”.

Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurmağa hazırlaşır. 46 yaşlı prodüser hətta xınayaxdı mərasimində də iştirak edib. O, ilk xanımı Elnurə Mədətova ilə rəsmi şəkildə hələ boşanmayıb. Cütlüyün iki övladı var. Onun 21 yaşlı oğlu Mahir Mədətov milli komandanın və "Qarabağ" futbol klubunun oyunçusudur.

Oxunub: 256



XƏBƏR LENTİ