Valyuta məzənnəsi

Röya və Günay İbrahimli arasında "qoxu" qalmaqalı

Tarix:3-05-2019, 13:19

Röya və Günay İbrahimli arasında "qoxu" qalmaqalıƏməkdar artist Röya Ayxan qonaq olduğu "İdeal saat" verilişində müğənni Günay İbrahimliyə olan iradını səsləndirib.

Obyektivxeber.info-ın məlumatına görə, sənətçi toy məclislərinin birində Günayın etdiyi hərəkəti xoşlamadığını deyib:

"Görsəm, hansısa bir müğənni mənim ətirimdən vurur, onu istifadə etmərəm. Gedib başqa qoxu taparam. Toyda gördüm ki, Günay ətrini vurub masanın üstünə qoydu. Bizim masa ona güldü. Bu, əminlik deyildi artıq. İstədim Günaya zəng vurub deyim ki, etmə... Hamı bildi ki, sən nə işlədirsən. Hərənin öz iyi, öz fikri olmalıdır. Məsələn, bir qoxu var ki, keçəndə deyirəm, bu, Aygün Kazımovanın iyidir. Biri çiçək, biri vanil qoxar".

Röyanın bu açıqlamasından sonra Günay İnstarqamda paylaşım edib. O, yayımladığı fotoya "Başının üstünü ulduzlar alanda, gözlər uzaqlara dalanda, rəngli dünyana qapılanda, oyan yuxudan. Çünki səndən yuxarıda lampalar, ətrafında rəngli, süni ağaclar... Həyatlar və xəyallar" sözlərini yazıb.

İzləyicilər isə Günayın bu sözləri Röyaya cavab olaraq yazdığını qeyd ediblər.

Oxunub: 311



XƏBƏR LENTİ