Valyuta məzənnəsi

“Nigarı qızım kimi danlayanda dedi ki...” – 4000 manatlıq “Leyli qalmaqalı” sona çatdı

Tarix:30-10-2019, 09:30

“Nigarı qızım kimi danlayanda dedi ki...” – 4000 manatlıq “Leyli qalmaqalı” sona çatdıXalq artisti Gülyanaq Məmmədova əməkdar artist Nigar Şabanovanın iddialarına münasibət bildirib.
Musavat.com-a açıqlama verən xalq artisti bildirib ki, Nigar sözlərinin səhv başa düşüldüyünü deyib: “Nigarın özü ilə əlaqə saxlamışam. Onun sənətinə, ifasına hörmətim var, bərabər səfərdə olmuşuq. Evimizə gəlib, ailəmizin qızı kimi sevmişik. Mənə dedi ki, o elə söz deməyib. Dedi deyib ki, hər kəs - Gülyanaq xanım da kommersiya şərtləri ilə o rolu oynayıb. Yəni ki, Opera Balet Teatrının solisti deyilsənsə, hər hansı obrazı canlandırmaq istəyirsənsə, teatrın səhnəsini kirayə götürə bilərsən və ya biletin satılır, tamaşanı oynayırsan. Leylilərin heç biri pul verməyib. Bizdən teatra bir qəpik də pul verilməyib. Teatrdan mənə ilk tamaşadan qonorar verilib. Sonra tamaşaçılar mənim ifamı bəyənib və davamlı tamaşalara dəvət edilmişəm. İstəməzdim ki, haqqımızda yalan məlumat yayılmasın. Mən Nigara ərk etdim və qızım kimi danladım. O da dedi ki, elə söz deməyib”.
Qeyd edək ki, ötən gün Nigar Şabanova “Hər şey daxil” proqramına telefonla bağlanaraq həmkarının Opera və Balet Teatrında Leyli obrazını canlandırmaq üçün 4000 manat rüşvət verdiyini iddia etmişdi.

Oxunub: 252



XƏBƏR LENTİ