Valyuta məzənnəsi

Xərçəngin qrip kimi yayılmasının səbəbi məlum oldu

Tarix:26-09-2019, 09:09

Xərçəngin qrip kimi yayılmasının səbəbi məlum olduXərçəngin qrip kimi sanki keçici, yoluxucu xəstəliyə çevrilməsi bir çoxlarını narahat edir. Bir neçə müddətdir bu kütləviliyə səbəb kimi içməli sudan şübhələnirdilər.

İndi alimlər də bu fərziyyənin üzərində dayanıb və bu barədə analitik araşdırma aparıblar.

obyektivxeber.info medicina.az-a istinadən bildirir ki, bir qrup Amerika alimi əhalini içməli su ilə təmin edən 48 362 kommunal sistemi yoxlayıb. Suda olan kanserogen təsirli maddələrin siyahısı, miqdarı və təsiri araşdırılıb.

Bu araşdırmanın nəticələri artıq dərc edilib.

“İçməli su çox mürəkkəb faydalı və zərərli maddə birləşmələri ilə zəngindir, hazırda hökumət sağlamlıq üçün içməli su keçiricilərinin təhlükəsini çox az parametrlərlə və yalnız iri stansiyalarda aparır – deyə araşdırmanın müəllifi bildidir. – Realda isə havadan da çox su çirklənməyə məruz qalır, lakin su hava kimi ciddi, geniş yoxlamalara uğramır. Yeni analiz metodu suyun kumulyativ qiymətləndirilməsinə əsaslanır”.

ABŞ Səhiyyə qurumlarının məlumatına görə, normal yaşam şəraitində xərçəng 70 yaşdan sonra baş verir. Əgər onkoloji diaqnoz artıq daha gənc yaşda insanları əhatə edirsə, burda ətraf mühit, xüsusən içməli su amili diqqətdə saxlanmalıdır.

Xərçəngin yaranmasında sudan gələn təhlükə suyun mərgümüşlə (mışyak) çirklənməsidir. Eləcə də suyun dezinfeksiyası üçün istifadə edilən məhsullarda olan radioaktiv uran və radium kimi elementlərin çox olmasıdır.

Ən yüksək risk olan su daha çox kiçik qəsəbə, ucqar əyalət yaşayış məskənlərini təmin edən su təchizatı mənbələrindədir. Çünki burda qrunt sularından istifadə edilir.

İri şəhər, paytaxt su təchizatı sistemləri insanların sağlamlıqlarının təminatına daha ciddi fikir verir.

Analitik araşdırmalar sübut edib ki, çirkli su, kommunal təsərrüfat və aiddiyyatı qurumların fəaliyyəti həmin ərazidə onkoloji riskin artmasına birbaşa təsir edir.

İçməli su resurslarının kompleks çirklənmə səviyyəsi yüksək olduqca, onkoloji xəstəlik riski bir o qədər artır.
Çox keyfiyyətsiz və zərərli maddələrlə zəngin içməli su həmin ərazi uzrə hər 100 min əhali sayında 12% xərçəngə yoluxmaya səbəb olur.

Əgər Amerika kimi sivil və inkişaf etmiş ölkədə içməli su xərçəngin yayılmasında bu qədər rol oyana bilirsə, o zaman Azərbaycanda əhalinin içməli su təchizatındakı problemləri nəzərə alsaq, burda vəziyyətin daha acınacaqlı olduğunu anlamaq çətin deyil. Məsləhətimiz odur ki, istər marketdən aldığınız, istər birbaşa mənbədən evə gələn suyun təmizlənməsi üçün özünüz tədbir görəsiz və nə olursa olsun özünüzü və ailənizi keyfiyyətli içməli su ilə təmin edəsiz.

Oxunub: 250



XƏBƏR LENTİ