Valyuta məzənnəsi

Moskvalı nazir ancaq Azərbaycan çayı içir

Tarix:19-10-2018, 15:35

Moskvalı nazir ancaq Azərbaycan çayı içir

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri ildən-ilə möhkəmlənir, əmtəə dövriyyəsi durmadan artır. Moskva piştaxtalarına gündəlik formatda və iri həcmdə mallar daxil olur. Təcrübə göstərir ki, Moskvada Azərbaycan məhsullarını çox sevir və bəyənirlər. 

obyektivxeber.info AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Moskva Hökumətinin naziri, Ticarət və Xidmətlər Departamentinin rəhbəri Aleksey Nemeryuk Moskvanın Tver meydanında Azərbaycan şəhərciyinin açılış mərasimində deyib. 

"Ümid edirəm ki, bu malların miqdarı günü-gündən artacaq”, - nazir bildirib. 

A.Nemeryuk qeyd edib ki, sərgidə çox gözəl çay növlərini görmək, Azərbaycanın mədəniyyəti, turizm potensialı ilə tanış olmaq, ustad dərslərində iştirak etmək olar. 

"Azərbaycan çox maraqlı ölkədir, orada görməli çox şey var. Ümidvaram ki, bu günəşli günlərdə sərgiyə gələn moskvalılar daha sonra Azərbaycanı turist qismində ziyarət edəcəklər. Biz də öz adımızdan bütün azərbaycanlıları Moskvaya dəvət edirik”, - o əlavə edib. 

Moskva meriyasının nümayəndəsi Azərbaycan çayını çox xoşladığını bildirib. 

"Son beş ildə mən yalnız Azərbaycan çayı içirəm. Bu, çox keyfiyyətli və yaxşı məhsuldur. Sizdə hazırlanan nar şirəsi və mürəbbələr də mənim çox xoşuma gəlir. Rusiyada mürəbbəni sevirlər, əfsuslar olsun ki, bizdə bu qədər çeşid yoxdur.

Bu səbəbdən mən ümid edirəm ki, moskvalılar sərgidə Azərbaycan məhsulları ilə tanış olacaq, daha sonra onları paytaxt mağazalarında əldə edə biləcəklər”, - nazir deyib. 

Moskva Hökuməti Departamentinin rəhbəri paytaxtda çoxlu sayda azərbaycanlıların yaşadığını xatırladaraq deyib.

"Artıq tarixən yaranmış müəyyən sahələr var ki, orada biz azərbaycanlılar olmadan keçinə bilmirik. Əlbəttə, biz çox şadıq ki, səfir bu məsələyə böyük diqqət ayırır və bütövlükdə, Moskva və Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət mövcuddur.

Ümidvaram ki, əməkdaşlığımız çərçivəsində atılan növbəti addım olan bu sərgi mütəmadi hal alacaq. Burada həm Azərbaycandan gəlmiş istehsalçılar, həm də artıq moskvalı və respublikanın Moskvada, ümumilikdə Rusiyada nümayəndələrinə çevrilmiş azərbaycanlılar iştirak edirlər”, - o bildirib.
Oxunub: 282



XƏBƏR LENTİ