Pakistanın Pəncab əyalətində polis karvanına raket və ağır silahlarla hücum edilib.
YeniAN.az xəbər verir ki, bu haqda "Geo News” televiziyası məlumat yayıb.
Bildirilib ki, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.
Silahlı şəxslərin hücumu nəticəsində 12 polis əməkdaşı həyatını itirib, 6-sı yaralanıb.
Hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub.