"Noyabrın 28-dən davam edən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində iş başlanılıb, onlardan 62 nəfərə artıq inzibati həbs, 100-dən çox şəxs isə cəza növü üzrə cərimə olunub”, - məlumatda deyilir.
Nazirlik onu da əlavə edib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı xəsarət alıb.