Valyuta məzənnəsi

Üçüncü Dünya müharibəsi gözlənilirmi?

Tarix:22-04-2020, 22:53


Üçüncü Dünya müharibəsi gözlənilirmi?



Bu gün dünyada insan ölümlərinə səbəb olan koronavirus haqqında bir çox söhbətlər gedir. Bəzi vətəndaşlarımız hələ də bu virusun olub-olmamasına şübhə ilə yanaşır. Bəziləri bu virusun olmamasını iddia etsələr də, digərləri isə bu virusun mövcud olmasından söz açır. Hətta bəzi yaxınlarımın mənə zəng edərək bu virusun olmamasından və bir oyun olduğunu qeyd edirlər.
Onu da qeyd edim ki, mən bir araşdırmaçı jurnalist olaraq bu virusun mövcud olduğunun və insan həyatına son qoyduğunun şahidiyəm. Bu virus haqqında çox danışmaq olar. Virusun bioloji silah olması da dilə gətirilir. Bəzi dairələr tərəfindən bioloji silah böyük gücə malik olan hansısa dövlət tərəfindən hazırlanaraq dünyaya atılması ehtimalı da irəli sürülür. Həmin güc dövləti aldadıcı siyasət strategiyası tutaraq, hətta özünün də əhalisinin yoluxduğunu sübut etməyə çalışır. Bu silahın hazırlanaraq dünyaya yayması bu dövlətin maraqlarına xidmət edir. Məqsəd isə kiçik dövlətləri yenidən bölüşdürmək uğrunda aparılan bir siyasətdir.
Bu bioloji silahın dünyaya yayılması 3-cü Dünya müharibəsinin əsasının qoyulması ilə nəticələnməsinə gətirib çıxarması da gözləniləndir.
Onu da qeyd edim ki, dünyada yarana biləcək xaosun və pandemiya haqqında mən hələ 2017-ci ildə məqalələrimdə qeyd etmişdim.
Artıq planetimiz 3-cü Dünya müharibəsinə sürüklənir. Bu müharibə bir çox güc dövlətlərinin marağındadır. Hesab edirəm ki, 1946-cı ildə əsası qoyulan “soyuq müharibə” hələ bitməmişdir. Bir çox tarixçilər qeyd edirlər ki, “soyuq müharibə” 1990-cı ildə başa çatıb. Amma onu qeyd edim ki, “soyuq müharibə” hələ də davam edir. Belə ki, məqsəd Rusiyanı tam yenidən 3 hissəyə parçalamaqdır. Dünya müharibəsinin başlanması marağında olan dövlətlər əsasən həmin dövlətlərdir.
Dünyanın hegemon dövlətlərinin müharibə maraqları əsasən aşağıdakı niyyətləri önə çəkir:
1. ABŞ-ın soyuq müharibəni başa çatdırmaq niyyəti.
2. Rusiya səhvlərini yenidən düzəltmək üçün SSRİ-ni bərpa etmək niyyəti.
3. Qərb dövlətlərinin bir güc ətrafında birləşmək niyyəti.
Təbii ki, baş verə biləcək müharibə bizdən yan keçməyəcək. Rusiya SSRİ-ni bərpa etməyə can atsa da, bu, 2023-cü ildə reallaşa bilər. Çünki pandemiyadan zərər çəkən kiçik dövlətlər iqtisadiyyatının bərpasını yalnız başqa dövlətlərə birləşmədə görə bilirlər. 3-cü Dünya müharibəsinin başlanacağı təqdirdə və hansı super gücün qalib gələcəyi sual doğurur.
Amma hesab edirəm ki, tarix Rusiyanın xeyrinə doğru gedir.

Ramazan Bağırov,
Politoloq

Oxunub: 670



XƏBƏR LENTİ