Valyuta məzənnəsi

2961 yeni yoluxma, 35 ölüm...

Tarix:20-12-2020, 18:44


2961 yeni yoluxma, 35 ölüm...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 202 088 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 nəfərdir.

Ölkədə son sutka ərzində 14 515, hazırkı dövrədək isə 2 063 754 test aparılıb.


YeniAN.info

Oxunub: 119



XƏBƏR LENTİ