Valyuta məzənnəsi

Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb

Tarix:1-08-2023, 11:47

"Xezertv.info” xəbər verir ki, Avropa Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə təşkil həyata keçirilən "Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması” layihəsinin Lənkəran mərhələsi başa çatıb və bununla da təlimlər mərhələsi yekunlaşıb.

Ümumilikdə 2 fazadan ibarət olan və hər birində 10 müxtəlif regiondan 20 gənc təlimçinin iştirak etdiyi layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini, keyfiyyətini artırmaqdan ibarət olub.

5 günlük təlim kursu ərzində iştirakçılar qeyri-formal təhsil nədir və üstünlükləri, təcrübə əsaslı öyrənmə, insan hüquqları təhsili, həssas qrupdan olan gənclərlə iş, təlim proqramının hazırlanma qaydaları kimi mövzuları əhatə edən seminarlar və məlumatlandırıcı sessiyalar keçirilmişdir. Sonda isə iştirakçılar sertifikatla təltif edilmişdir.

Qeyd edək ki, layihənin davamı olaraq avqust - sentyabr ayları çərçivəsində 10 rayonda "İnsan hüquqları üzrə təhsil”, "Fəal vətəndaşlıq təhsili”, "Gənclərin mənalı iştirakçılığı” mövzularında follow-up layihələri keçiriləcək.

 

Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb
Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb
Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb
Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb

 

Oxunub: 45



XƏBƏR LENTİ