Valyuta məzənnəsi

Azarkeş rekordu 99 il sonra qırıldı

Tarix:19-03-2019, 14:05

Azarkeş rekordu 99 il sonra qırıldı
İspaniyanın qadın futbol liqasında keçirilən "Atletiko" - "Barselona" oyununda azarkeş rekordu qırılıb.

Obyektivxeber.info xəbər verir ki, Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən və "Barselona"nın 2:0 hesablı qələbə qazandığı görüşü 60739 nəfər tribunadan izləyib. Bu qadın futbolunda dünya rekordu kimi tarixə düşüb.

İndiyəqqədərki rekord 99 il əvvəl Liverpuldakı "Goodison Park"da qeydə alınmışdı. 1920-ci ildə "Dick Kerr's Ladies" və "Helen's Ladies" komandaları arasındakı görüşü 53 min azarkeş izləmişdi.
Oxunub: 260



XƏBƏR LENTİ