obyektivinfo teref.az-istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin axır vaxtlar şişirdilmiş rəqəmlərlə manipyasiya etdiyini dəfəlrlə yazmışdıq. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov hansısa himayədarlarına arxayın olaraq öz işindən qalmırdı və mediada bunu dəfəlrlə işıqlandırmşdıq. Mediada apardığımız araşdırmalar bu komitənin yaramaz işlərini üzə çıxardıb.
Artıq Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun naşı idarəçiliyi prezidentin qəzəbinə səbəb olub. Dövlətin pulların istədiyi kimi istifadə edən S.Məmmədov, şişirdilmiş rəqəmlər və yolyamaqları ilə işini bitmiş hesab etməsi onun vəzifədə qalıb qalmamas sualını gündəmə gətirib.
Son yol açılışlarında da prezidentin Məmmədova “Şişirdilmiş rəqəmlər nəyə lazım, yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz..." deyərək sərt təpki verib, ciddi iradlar tutub. Əslinə qalsa bu məsələdən bir qədər əvvəl eyni bir problemi qaldırmışdıq!
İçtimaiyyətin yaddaşında qalan bir hadisəni yenə gündəmə gətirmək istəyirik. Teref.az yazır ki, Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi üçün ayılan 19 milyon manatın hara getdiyini günü bu gündə ayırd etmək olmur. Yollara vurulan yamaqdan başqa o yolda hansısa yenidənqurma işləri həyata keçirdilməyib.
Teref.az olaraq Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi il bağlı saxtakarlıq olayarını birdə təkrarlayırıq!
Görəsən cənab Prezident İlham Əliyev Saleh Məmmədovdan soruşsa ki, ay baş YOLÇƏKƏN, Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi üçün ayırdığım 19 milyonu niyə havaya uçurdunuz?Cənab Prezident! Sizin ayırdığınız 19 milyonluq yolu bilirsiniz kim çəkir? İnternetdə rekord baxış sayı yığan, Ləman kəndində yaşayan bir çoban. Özü də necə? Əlində gördüyünüz bu vedrələrlə hər gün çaydan qum daşıyır bu yola. Bu yoldan hər gəlib keçən şəkildə gördüyünüz bu şəxsə maddi köməklik də göstərir, yolu çəkdiyinə görə.Cənab Prezident! Bu gün aksiyalara ona görə 80 yaşlı insanlar gəlir ki, artıq rayonlarda özünü prezident kimi görənlərin sayı artıb.
Məsələn, sizin sözügedən bu yola ayırdığınız 19 milyonu havaya sovuran, Saleh Məmmədovun Lerik rayonu üzrə "YOL QUBERNATORU" İbrahim Kazımov deyə birisi kimi.
Kim bu İbrahim Kazımov?
Çaylarda şamların anasını ağladan, insanların təsərrüfat yerlərini dağıdan, 200 metrlik yoldan gətirdiyi daş-çınqılı sənədlərə 250 km-lik ərazi kimi göstərən asfalt KRALIı İbrahimi siz də tanıyın, cənab Prezident!
Və Saleh Məmmədovun da Lerik səfərinizdə sizi Piran yolu ilə bağlı aldatdığnızı bizdən öyrənərsiniz .
Məmurun vəzifəsi xalqın qulluğunda durmaq olduğu halda, insanların əsəblərini "QIDIQLAMAQ" nəyə lazım cənab Saleh Məmmədov!?
İndi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov istəyir yüz dəfə prezidentən üzür istəməsi onu kreslosundan vidalaşmaqdan qurtarıb qurtarnayacağını bu günlərdə biləcəyik!
obyektivinfo olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az