Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 880,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,1%-lik artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "YeniAN.az''-a verilən məlumata görə, yanvar-mart aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 123,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 21,8% artım deməkdir.