Valyuta məzənnəsi

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı azalıb

Tarix:18-04-2023, 23:18

Kimya sənayesi məhsullarının ixracı kəskin azalıb - AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 466,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən ''YeniAN.az''-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 11,2% azalıb.

Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 34,3%, metanol (metil spirti) istehsalı 48,8% azalıb, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,5%, plastmas, çubuqlar, millər və profillərin istehsalı isə 38% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

Yanvar-mart 2023-ci il

2022-ci ilin müvafiq göstəricisinə nisbətən, %

Təsirsiz qazlar, min kub metr

12 612,7

140,3

ondan:

 

 

azot, min kub metr

5 727,3

104,4

Lak-boya məmulatları, ton

5 645,8

106,1

Qeyri-üzvi kimyəvi maddələr, min ton

 

7 550

 

110,9

ondan:

 

 

yod, ton

49,2

139

Üzvi kimyəvi maddələr, min ton

214,1

78,3

ondan:

 

 

etilen, min ton

47,3

114,3

propen (propilen), min ton

43,4

108,5

metanol (metil spirti), min ton

75,3

51,2

Etil spirti, min dkl

3,0

125

Gübrə və azot birləşmələri, min ton

 

99,3

 

65,7

ondan:

 

 

karbamid, min ton

99,3

65,7

İlkin formada plastik kütlə, min ton

 

89

 

113,1

ondan:

 

 

polietilen, min ton

47,4

113,1

Yapışqan və yapışdırıcı maddələr, min ton

 

20,8

 

101

Oxunub: 111



XƏBƏR LENTİ