Valyuta məzənnəsi

Azərbaycanlı həkim-neonatoloq beynəlxalq elmi konqresdə sertifikata layiq görülüb

Tarix:8-04-2019, 16:07

Azərbaycanlı həkim-neonatoloq beynəlxalq elmi konqresdə sertifikata layiq görülübTürkiyənin Antalya şəhərində Türk Neonatoloji Dərnəyi tərəfindən “UNEKO 27” beynəlxalq konqresi keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı da konqresdə iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqres çərçivəsində yenidoğulmuş körpələrə qulluq və onların xəstəliklərinın yeni invaziv müalicə metodlarına dair kurslar təşkil olunub.

Ölkəmizi təmsil edən həkim-neonatoloq “Yenidoğulmuşlarda neyromonitorizasiya” kursunda aktiv iştirak edərək sertifikata layiq görülüb.

Konfransda Səhiyyə Nazirliyinin tibbi yardım təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova da iştirak edib.

Oxunub: 269



XƏBƏR LENTİ