Valyuta məzənnəsi

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTO

Tarix:22-01-2024, 13:26

Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr Füzuliyə çatıb.

YeniAN.az  xəbər verir ki, işğaldan azad olunan Füzuliyə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün 30 ailə olmaqla, 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, Vətənə qovuşmağın sevincini paylaşıblar.

Oxunub: 89



XƏBƏR LENTİ