Valyuta məzənnəsi

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək

Tarix:5-04-2019, 12:09

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcəkBoris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcı kollektivi aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı kollektiv “Günahın o biri tərəfi” adlı baleti ilə tamaşaçıların görüşünə gələcək.

Tanınmış balet truppasının Bakı qastrolu X Beynəlxalq M.Rostropoviç Festivalı çərçivəsində reallaşacaq.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu “Günahın o biri tərəfi” baleti M.Dostoyevskinin “Karamazov qardaşları” romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.

Qeyd edək ki, B.Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə gerçəkləşib. Baletin Sankt-Peterburq şəhərində premyerası 2013-cü il aprelin 29-da olub.

Oxunub: 215



XƏBƏR LENTİ