Valyuta məzənnəsi

NASA səmada yanan son meteoru tədqiq edib - VİDEO

Tarix:18-03-2019, 15:48

NASA səmada yanan son meteoru tədqiq edib - VİDEO
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) dekabr ayında Yerin atmosferində meteor yanmasının tədqiqi nəticələrini açıqlayıb.

Obyektivxeber.info agentliyin saytına istinadla xəbər verir ki, Berinq dənizinin üzərində - Rusiyanın Kamçatka yarımadasında görünən həmin alovlu kürəşəkilli meteor partlaması altı ilə əvvəl Çelyabinskdə olmuş analoji hadisədən sonra son 30 ildə ikinci ən böyük hadisə olub. NASA-nın məlumatında deyilir ki, kosmik qayanın partlaması Xirosimaya atılmış atom bombasından 10 dəfə çox enerji yayıb.

NASA-nın müdafiə departamentinin əməkdaşı Lindli Consonun sözlərinə görə, bu cür kürəşəkilli göy cisimlərinin atmosferdə görünməsi 100 ildə iki-üç dəfə baş verir. Meteor dekabrın 18-də atmosferdə saniyədə 32 kilometr sürətlə hərəkət edib və Yer səthinin üzərində 25,6 kilometr sahəni əhatə edən ərazidə partlayıb. Onun yaydığı enerji isə 173 kiloton olub. Conson əlavə edib ki, meteor kommersiya təyyarələrinin Şimali Amerikadan Asiyaya uçuşu trayektoriyası ilə hərəkət edib.

Kosmik agentliyin proqram meneceri Kelli Fast bildirib ki, Berinq dənizi üzərində qeydə alınan yanan meteorun enerjisi Çelyabinsk meteorunun yaydığı enerjinin 40 faizi qədərdir. Onun sözlərinə görə, dənizin üzərində uçan bu göy cisminin araşdırılması meteor yağışından müdafiə sahəsində tədqiqatlara da töhfə verib.
Oxunub: 345



XƏBƏR LENTİ