Valyuta məzənnəsi

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb

Tarix:22-08-2024, 22:30

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - VİDEO - YENİLƏNİB 3

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı "Qafqaz” limanına hücum edib.

Ukrayna Silahlı Qüvvələrinin "Qafqaz” limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə hücumundan sonra batmış 17 nəfər sudan xilas edilib. İki ekipaj üzvünün taleyi isə hələ ki, məlum deyil.

YeniAN.az  xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz "Telegram” kanalında bildirib.

"Hazırda 17 ekipaj üzvü xilas edilib, qalanların xilas edilməsi üçün əməliyyatlar davam etdirilir. İki nəfərin də tapılmasına ehtiyac var. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasında göstərdikləri operativliyə görə təcili yardım xidmətinə təşəkkür edirəm”, - deyə o bildirib.

Oxunub: 87



XƏBƏR LENTİ