Valyuta məzənnəsi

Putin həbsxanadakı qiyamla bağlı iclas keçirdi

Tarix:23-08-2024, 16:30

putin-hebsxanadaki-qiyamla-bagli-iclas-kecirdi

 

Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. 

YeniAN.az  "RBK” portalına istinadən xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb. 

Rusiya lideri insidentlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.

O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyib. 

Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov göturub. Ən son məlumata görə, insident zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Oxunub: 222



XƏBƏR LENTİ