Bu gün hüquq müdafiəçisi,
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin keçmiş sədri, xeyirxah əməlləri
ilə xatirələrdə əbədi yaşayan mərhum Elşad Həmidovun doğum günüdür. Haqq-ədalətin
bərqərar olması naminə köməyini əsirgəməzdi. Ümid çırağı olmaqla ömrünü şam təki
əridərdi, Elşad müəllim öz haqq səsi
ilə hər kəsə dayaq
oldu. Elşad Həmidov "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin Azərbaycan
vətəndaşlarının hüquqlarının müdafiəsi naminə gördüyü böyük işlər danılmazdır. Hər zaman dövlət və
dövlətçiliyə qanunlarımızın aliliyi naminə sədaqətlə xidmət edir, vətənini,
xalqını sevirdi. İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin mərhum sədri Elşad Nəcməddin oğlu Həmidovun ölümündən beş il ötməsinə
baxmayaraq onun xatirəsi kollektivimizin qəlbində əbədi olaraq daim
yaşayacaqdır. Qəbri nurla dolsun,
Allah rəhmət eləsin. Mərhum Elşad müəllimin davamçısı olan bacısı "Mərhəmət Çırağı”
jurnalının, "Merhemet.TV”-nin baş direktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm” mükafatçısı Gülnara xanıma dözüm və səbr arzulayırıq.Xatirənizi ehtiramla yad edirik.
Fərid Faiqoğlu
AJB-nin üzvü, "Xezertv.info”-nun baş redaktoru