Valyuta məzənnəsi

Motosikletlə “BMW” toqquşdu, gənc qız xəsarət aldı - Yenilənib

Tarix:7-03-2025, 13:30

motosikletle-bmw-toqqusdu-genc-qiz-xesaret-aldi

Bu gün paytaxtın Yasamal rayonu ərazisində motosiklet piyadanı vurub.

YeniAN.az xəbər verir ki, hadisə Mətbuat prospektində piyada keçidinin üzərində baş verib.

Motosikletin vurduğu gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli   YeniAN.az-a bildirib ki, xəsarət alan şəxsin motosikletdəki sərnişin olması müəyyən edilib: "Bu gün saat 11:20-də Yasamal rayonunda - Həsən Bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində "BMW” markalı 90 FE 764 dövlət qeydiyyat nişanlı avtomobil ilə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletdəki xanım sərnişin xəsarət alıb”.

Oxunub: 73



XƏBƏR LENTİ