"Çelsi” və "Liverpul” İtaliyanın U-19 millisinin yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizəyə girişib.
Obyektivxeber.info xəbər verir ki, İtaliyada "İnter”in də istədiyi "Breşia”nın üzvünə "zadəganlar” 43 milyon funt sterlinq verməyə hazırdı. "Breşia” isə klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq 18 yaşlı gənci satmaqla bağlı qərar verməyə tələsmir.
Tonali bu mövsüm B Seriyası klubunun formasıyla çıxdığı 20 oyununda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxunub: 283