Valyuta məzənnəsi

İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlanıb

Tarix:6-03-2023, 22:57

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

YeniAN.az xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, İran İslam Respublikasından idxal olunan "Ballı Store N” MMC-yə məxsus 7 425 kiloqram, "Amotrade” MMC-yə məxsus 6 010 kiloqram bibər məhsuluna keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.

Qeyd edək ki, bu il İran İslam Respublikasından idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.İran İslam Respublikası Archives » BAYRAQDAR MEDİA

Oxunub: 69



XƏBƏR LENTİ