Valyuta məzənnəsi

Nazirlik: Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq

Tarix:24-02-2021, 23:18

Nazirlik: Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

YeniAN.info məlumat verir ki, bu barədə APA-ya nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.

Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - məlumatda belə deyilir.

YeniAN.info

Oxunub: 155



XƏBƏR LENTİ