Valyuta məzənnəsi

Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Tarix:26-12-2020, 23:00

Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Bu barədə YeniAN.info-ya teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, 71 yaşlı aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

YeniAN.info

Oxunub: 226



XƏBƏR LENTİ